Qarabağda erməni əsgərlər təxribata cəhd edib?| Əsgər atası detalları açdı

2018/02/Ara1497878272_1510646167234234_151064731223423_1517640335.jpg
Oxunub: 2128     14:35     03 Fevral 2018    
“Gedirəm rabitə xəttini düzəltməyə, gəlib zəng edərəm, yolumu gözləmə. Bu onun ilk və son zəng oldu”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Əsgərandakı N nömrəli hərbi hissənin kiçik çavuşu, rabitəçi, 19 yaşlı Hayk Xaçatryanın anası Zara Vardanyan bildirib.

Onun sözlərinə görə, oğlu ölümündən öncə mobil telefon alıb. Bu telefonla da evlərinə zəng edib.

2017-ci il sentyabrın 1-də, qondarma qurumun hərbi birləşməsinin "rəhbərliyi", mina partlayışı nəticəsində hərbi qulluqçu,1998-ci il təvəllüdlü Hayk Xamatryanın öldüyü barədə bəyanat yayıb.

Qusanakənd icmasının rəhbəri əsgərin ölüm xəbərini qazel sürücüsü olan atasına bildirib. Komissarlıqdan isə deyiblər ki, oğlunuz minaya düşərək ölüb.


Hazırda kənddə erməni hərbi qulluqçusunun ölümünə görə bir neçə versiya dolaşır. Birində, hadisənin Haykın öz səhlənkarlığı nəticəsində baş verdiyi bildirilir. Deyilənə görə, iki nəfər təxribat məqsədilə təpəyə qalxıb və snayper atəşindən yayınmaq üçün sürüşüb və minalı sahəyə yıxılıblar. Digər versiyaya görə isə o, rabitə kabellərini düzəldərkən minaya düşüb.

Lakin, digər məlumatlara görə erməni əsgər xüsusi tapşırıq zamanı ölüb.

Belə ki, erməni əsgərin atası işğal altında olan Qarabağa oğlunun öldüyü yerə getmək istəyərkən məlum olub ki, onun meyidi neytral ərazidədir. Əsgərin atasına bildiriblər ki, iki nəfər rabitə xəttini düzəltməyə gedib və geri qayıdarkən yoldan yayınaraq minaya düşüblər.

Lakin erməni əsgərin atası əhəmiyyətli detalları açır. O bildirir ki, həmin əraziyə şəxsən baxıb və orada sürüşməyə yer yoxdur.

"Onun neytral ərazidə nə işi vardı heç kim izah etmir. Sonunda da deyirlər ki, o tapşırıq yerinə yetirirdi. Bədbəxt hadisə baş verib, vəssalam", - deyə erməni əsgər atası etiraz edib.

Onun məlumatına görə, hadisə baş verən ərazidə, dəbilqə və rezin çəkmə aşkar edib. Lakin yerli komandirlər daha bir yalan uyduraraq, əsgər atasına bunların həmin ərazidə daha öncə minaya düşərək ölən, başqa bir əsgərə məxsus olduğunu bildiriblər.

Erməni əsgər atası israr edir ki, onun oğlu qarşı tərəfə keçmə barədə tapşırıq alsa da bunu heç kim etiraf etmir.

Hayk Xaçatryanla tapşırıq yerinə yetirən digər əsgər əl və ayağından yanıq xəsarətləri alıb. Hadisə barədə Haykın valideynlərinə heç nə söylənməyib.

Onun da valideynlərə cinayət işinin açılması və işin gedişatı haqqında heç bir məlumat verilməyib. Hayk Xaçatryanın ailəsinə sığorta fondundan birdəfəlik 10 mln dram verilib. Ayda 200 min dram olmaqla, 25 il müddətinə hər ay ödəniş olacaq. Yekun məbləğ 58 mln dram təşkil edir.

Yuxarıda göstərilən məbləğləri nəzərə alan erməni əsgər atası, Hayk çox güclü iş gördüyünü, ancaq nə iş gördüyünü demədiklərini bildirib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin